Karateçilərimizdən 16 qızıl, 14 gümüş və 17 bürünc medal

Türkiyənin Rizə şəhərində Qaradəniz və Xəzəryanı ölkələrin təmsilçiləri arasında növbəti karate çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, ənənəvi yarışa 162 nəfərlə qatılan Azərbaycan 16 qızıl, 14 gümüş və 17 bürünc medalla ümumi hesabda yerli idmançılardan sonra ikinci pilləni tutublar.

Rizə qapalı idman salonunda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında turnirdə 9 ölkədən 57 regionu təmsil edən 158 klubun tərkibində 1506 idmançı mübarizə aparıb. Azərbaycan milli karate aederasiyasının, həmçinin Qaradəniz və Xəzəryanı ölkələrin karate federasiyaları təşkilatının prezidenti Yaşar Bəşirov fərqlənən idmançıların mükafatlandırma mərasimində iştirak edib.

Həmin kateqoriyadan