Karateçimiz Slovakiya qran-prisində 1-cı olub

14-15 yaşlı yeniyetmə karateçilərimiz beynəlxalq yarışlarda fərqləniblər. Allsport.az saytı xəbər verir ki, Polina Hurenko (47 kq) Bratislavada 38-ci Slovakiya qran-prisində 1-cı olub. Mədinə Sadıqova (48 kq) və Elmir Aşurov (55 kq) stanbulda 31-ci “Boğaziçi” turnirində 3-cü yer tutublar.

Millimiz Argentinanın paytaxtı Buenos-Ayresdə yeniyetmələrin olimpiya oyunlarına lisenziya xalları uğrunda yarışlara hazırlığı davam etdirirlər. Mayda karateçilərimiz Bolqarıstanda yeniyetmələr liqasında lisenziya xalları qazanmaq üçün turnirə qatılacaqlar.

Həmin kateqoriyadan