Karatenin vətəninə 10 nəfərlə

6-8 sentyabrda Tokioda karate1 premyer liqası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, AMKF prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətə 10 nəfər daxil edilib. Kumitedə baş məşqçisi Bahəddin Qandaz, böyük məşqçi Şahin Xudaverdiyev, qadınların baş məşqçisi Denis Morozov, eləcə də beynəlxalq hakim Cahangir Babayev komanda ilə bir yerdədir. 

Yaponiyada milli üzvlərindən Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (84 kq), Asiman Qurbanlı (+84 kq), eləcə də İrina Zaretska (68 kq) kumitedə, Roman Heydərov katada çıxış edəcəklər. 

WKF-in karate1 seriyasından premyer liqanın 5-ci mərhələsində 79 ölkədən 649 nəfər mübarizə aparacaq. Movsümün sonunacan liqanın Moskva (4-6 oktyabr) və Madrid (29 noyabr – 1 dekabr) etapları var. Premyer liqada hər qələbəyə və medal əyarına görə həm beynəlxalq, həm də olimpiya reytinq xalları hesablanır. 

Həmin kateqoriyadan