“Karnavalçılar”ın türkiyəli yarımmüdafiəçisi evdə “Qəbələ”yə qarşı oynamaya bilər

“Qəbələ”nin Avropa liqasında rəqiblərindən olan “Maynts” klubu türkiyəli futbolçusundan birini itirib. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi Suad Sərdar Almaniya Bundesliqasının 10-cu turunda “Leipsiq”lə səfər matçında sıradan çıxıb.

O, ayağından zədələnib. Belədə, onu 32-ci dəqiqədə digər türkiyəli Yunus Mallı əvəzləyib. “Karnavalçılar” qrupunda son matçını dekabrın 8-də evdə “Qəbələ”yə qarşı keçirəcəklər.

Həmin kateqoriyadan