Karyerasını bitirən legionçu: “Sən Azərbaycanda olanda, prinsipcə, işdəsən”

“Rio olimpiya oyunları mənim üçün yaxşı təcrübə oldu. Elə Azərbaycan da yaxşı təcrübə sayıla bilər. Amma artıq hər şey tarixdə qalıb”. Allsport.az saytı xəbər verir ki, bunu ukraynalı kayakçı İnna Osipenko-Radomska bildirib. 2014-2016-cı illərdə Azərbaycan millisinin şərəfini qoruyan idmançı yenidən diqqət mərkəzinə düşüb.

3 il öncə yığmamıza keçidi alınmayacağı halda karyerasını bitirmək istəyində olan Osipenko-Radomskaya növbəti dəfə fikrini dəyişib. Ölkəmizdən ayrılarkən idmana vida edəcəyini açıqlayan xanım kayakçı yenidən sevimli işinə qayıtmaq arzusundadı. Özü də o, Afina-2004-də bürünc, Pekin-2008-də qızıl, London-2012-də gümüş medal qazandığı Ukrayna millisinə dönməyi planlaşdırır.

O deyib ki, əgər alınsa, evə qayıdıb doğma komandasında çıxış edəcək: “Tokio-2020-də öz ölkəm üçün mübarizə aparmaq istəyirəm. Çünki daxildə, qanda özümünkü qalır. Sən Azərbaycanda olanda, prinsipcə, işdəsən. Nəticə qazananda da həmin mənəvi məmnunluq olmur ki, onu öz rənglərində görəsən. Məndə gələcəkdə də hər şeyin alınacağını düşünürəm”.

Olimpiya mükafatçımız qışda boş dayanmayıb, vətənində dağ xizəyi yarışında iştirak edib, hətta fərqlənib də. 35 yaşlı Osipenko-Radomskaya 2014-cü ildə Azərbaycan pasportu alıb. Qadın kayakçı növbəti il Avropa və dünya çempionatlarında, eləcə də Bakı-2015-in finala yüksəlsə də, mükafatçılar sırasına düşə bilməyib. 2016-cı ildə isə o,dünya kubokunun 2 mərhələ yarışında 1 qızıl, 2 gümüş, 1 bürünc medala sahib çıxıb. Osipenko-Radomskaya Rio olimpiadasında 200 metr məsafəyə yürüşdə bürünc medal qazanıb.

Apasport.az-ın məlumatına görə, o, ölkə prezidenti İlham ƏliyevinMilli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncamına əsasən təltif olunub. Olimpiadanın bürünc mükafatçı İnna Osipenko-Radomskaya “Tərəqqi” medalına da layiq görülüb.

Həmin kateqoriyadan