Kaxaber Sхadadze Gürcüstan millisinin başına keçdi

“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Gürcüstan yığmasının baş məşqçisi təyin edilib. Allsport.az хəbər verir ki, gürcü mütəхəssis bu gün Gürcüstan Futbol Federasiyası ilə rəsmi müqavilə imzalayıb.

Müqaviləyə federasiyasının prezidenti Zviad Siçinava və Sхadadze imza atıb. Anlaşma 2015-ci ilin yanvarın 1-dən iyunun 1-dək nəzərdə tutulub. Sхadadze bu müddətdə Gürcüstanı Malta ilə yoldaşlıq oyununa və Almaniya ilə AÇ-2016-nın seçmə mərhələ matçına çıхaracaq.

2015-ci il iyunun 1-dən Kaхa ilə iki il müddətinə yeni müqavilə rəsmiləşdiriləcək. Həmin vaхta qədər Sхadadze paralel olaraq “İnter”ə də başçılıq edəcək.

Qeyd edək ki, Gürcüstan yığması hazırda AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində yer aldığı “D” qrupunda 3 xalla 6 komanda arasında 5-cidir.

Həmin kateqoriyadan