Kaxaber Sxadadze: “Problemlər var, bunun üzərində çalışmalıyıq”

Premyer liqasının 11-ci turunda “Sumqayıt”ın qonağı olan “İnter”, matçdan 1 xalla yarılıb. Allsport.az saytı xəbər verir ki, qol vurulmayan oyundan sonra düşüncələrini bölüşən “İnter”in baş məşqçisi Kaxaber Sxadadze, komandasında problemlərin olduğunu bildirib:

“Sumqayıt”ı təbrik edirəm. Rəqib yaxşı müdafiə olundu. Bizim şanslarımız daha çox oldu. Amma təəssüflər olsun ki, istifadə edə bilmədik. Bu isə onu göstərir ki, biz dəyişikliklər etməliyik. Daha doğrusu dəyişiklik edəcəyik. Həyat davam edir. İrəli baxmalıyıq. Problemlər var, bunun üzərində çalışmalıyıq”.

Həmin kateqoriyadan