Kayakçımız finala yüksəlib

Rio-2016-da avarçəkənlərin mübarizəsi davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün kayakçımız İnna Osipenko-Radomskaya 1-nəfərlik qayıqla 200 metr məsafəyə seçmə yürüşə qatılıb. O, ilkin mərhələdə məsafəni 40.702 saniyəyə qət edib,  qrupda 1-ci olub. Yarımfinalda da təmsilçimiz 39,803 saniyə nəticə ilə hamını qabaqlayıb.

Sabah finalda o, fransalı Sara Quyo (40,516), sloveniyalı Spela Ponomarenko Yaniç (40,797), eləcə də digər yarımfinal yürüşlərində yüksək nəticələr göstərmiş yeni zelandiyalı Liza Karrinqton (39,561), ispaniyalı Tereza Portela Rivas (40,241), qazaxıstanlı İnna Klinova (40,381), polşalı Marta Valçikeviç (40,619), isveçli Linnya Stensils (41,245)  ilə medallar üçün mücadilə edəcək.
Qeyd edək ki, 8 ən güclü kayakçının iştirakı ilə baş tutacaq həlledici yürüş avqustun 16-da saat 16:47-də start götürəcək.

Həmin kateqoriyadan