“Kayrat” klubunun prezidenti: Azərbaycan dünya çempionatında “ölüm qrupu”na düşüb

Qazaxıstanın “Kayrat” klubunun prezidenti Kayrat Orazbekov  milli komandanın futzal üzrə dünya çempionatında Argentina, Kosta Rika və Solomon adaları ilə bir qrupda yer almasına münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, o, bunları söyləyib:

“Əslində, “F” qrupuna da düşə bilərdik. Hansı ki, orada İran, İspaniya və Mərakeş yığmaları yer alıb. Səbətdə iki komanda qalmışdı – Azərbaycan və Qazaxıstan. “Ölüm qrupu”na qonşu ölkə düşdü. Artıq onlara qibtə etmək olmaz. Avropa, Asiya nəhəngləri ilə oynamaq asan olmayacaq”.

Həmin kateqoriyadan