“Kayserispor” uduzdu, milli futbolçumuz zədələndi

Türkiyə Superliqasında 15-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ufuq Budağın komandası səfərdə “Adanaspor”la üz-üzə gəlib.

“Kayserispor” bu matçda məğlub olub (1:2). Start heyətdə meydana çıxan futbolçumuz, 88-ci dəqiqədə zədələndiyi üçün əvəzlənib. “Anadolu ulduzları” 15 turdan sonra 9 xalla sonuncu pillədədir.

Həmin kateqoriyadan