Keçmiş həmkarımız “Neftçi”dən istefa verib

“Neftçi”də daha bir ayrılıq baş verib. Allsport.az saytı xəbər verir ki, paytaxt klubunda əsas komandanın baş meneceri vəzifəsində çalışan Eldəniz Yusifov işindən ayrılıb. Bu barədə o, sosial şəbəkə hesabındakı açıqlamasında məlumat verib:

“Dostlar, bu gün bir ildən artıq çalışdıgım “Neftçi”dən ayrıldım. Bu, nə qədər üzücü olsa da, artıq hər şey geridə qaldı. Bu müddət ərzində birgə çalışdığım rəhbərliyə, kollektivin hər bir üzvünə, futbolçu və məşqçi heyətinə təşəkkürümü bildirirəm. Ürəyində “Neftçi” sevgisi olan azarkeşlərə isə xüsusi təşəkkür düşür.

“Neftçi”yə Avropa Liqasının oyunlarında və növbəti çempionatda uğurlar və böyük qələbələr arzulayıram”.

Həmin kateqoriyadan