Keçmiş “Qarabağ”lı Albaniyada digər keçmiş “Qarabağ”lı ilə bir çempionatda

“Qarabağ”ın sabiq futbolçusu Müarəm Müarəm yeni komanda ilə anlaşıb. Allsport.az saytı xəbər verir ki, bir neçə gün öncə Qazaxıstanın “Aktobe” klubu ilə yolunu ayıran makedoniyalı yarımmüdafiəçi karyerasını Albaniyada davam etdirəcək.

O, “Flamutari” klubu ilə anlaşıb. 29 yaşlı futbolçus yeni komandası ilə rəsmi müqaviləyə də bağlayıb. Müarəm 2012-2015-ci illər aralığında, eləcə də 2016/17 mövsümündə “Qarabağ”da çıxış edib.

Qeyd edək ki, Albaniya superliqasında başqa keçmiş “Qarabağ”ın oyunçusu – Rauf Əliyev çıxış edir. Onun klubu “Kukesi” də öncüllər cərgəsində yer alıb.

Həmin kateqoriyadan