Kempo üzrə ilk Avroasiya çempionatı Azərbaycanda keçiriləcək

16-18 oktyabrda Şağan Olimpiya İdman Kompleksində full kempo (döyüş) və submission kempo (grapling) versiyaları üzrə 1-ci Avroasiya çempionatı keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, yarış Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və Şərq Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi ilə təşkil olunur.

Çempionatda  ev sahibi ilə yanaşı, Moldova, Polşa, İran, Əlcəzair, Gürcüstan, Türkiyə, Özbəkistan, Qazaxstan, Rusiya, Macarıstan, Rumuniyadan olan idmançılar iştirak edəcəklər.

Həmin kateqoriyadan