“Keşlə” antirekord seriyasını qırdı

“Keşlə”nin Topaz premyer liqasında qələbəsiz oyunlar seriyası qırılıb. Allsport.az saytı xəbər verir ki, paytaxt təmsilçisi mövsümdə ilk 3 xalı 8-ci turun “Zirə”ylə qarşılaşmasında qazanıb – 1:0. Ardıcıl 6 oyunda qalib gələ bilməyən “Keşlə” sonuncu dəfə ötən mövsüm qələbə qazanmışdı. Mayın 20-də səfərdə “Səbail”i 1:0 hesabı ilə məğlub edən komanda növbəti uğurunu 154 gün gözləyib.

Bununla da “Keşlə”nin ölkə çempionatları tarixindəki antirekord start seriyası qırılıb. Bakılılar 1999-cu ildə debüt etdiyi yarışda heç vaxt ilk qələbəsini belə gec qazanmamışdı.

Qeyd edək ki, “Keşlə”nin tarixində ümumilikdə ən uzun qələbəsiz oyunlar seriyası 11-ə bərabərdir. Bu, ötən mövsümün gedişində qeydə alınıb.

Həmin kateqoriyadan