“Keşlə” Estoniya komandasına uduzub

Bu gün “Keşlə” Türkiyə toplanışı çərçivəsində Estoniyanın “Levadia” komandası ilə yoxlama görüşü keçirib. Allsport.az saytı xəbər verir ki, ilk hissədə hesabı Denis Silva açıb.

2-ci yarıda 8 oyunçu dəyişikliyi baş verib. “Qırmızılar”ın 2-ci qolunun müəllifi Azər Salahlı olub. Rəqib 3 dəfə fərqləndiyindən, qələbəni bayram ediblər.

“Keşlə” son yoxlama matçını iyulun 6-da İranın “Traktorsazi” komandasına qarşı keçirəcək.

Həmin kateqoriyadan