“Keşlə” ilk yoxlama oyununda uduzub

“Keşlə” Türkiyədə təlim-məşq toplanışını davam etdirir.

Allsport.az saytı xəbər verir ki, bu gün Bakı klubu hazırlıq çərçivəsində Bosniya və Hersoqovina təmsilçisi “Çəlik”lə (Zenitsa) qarşılaşıb.

Boluda baş tutan görüş 2:0 rəqibin xeyrinə bitib.

Həmin kateqoriyadan