“Keşlə” Kamran Ağayevin hərəkətini məqbul saymır

“Keşlə” klubu bəyanat yayıb. Allsport.az saytı xəbər verir ki, mətndə Futbolinfo.az xəbər verir ki, mətndə komandanın qapıçısı Kamran Ağayevin “Qarabağ”la kubok matçından sonra hakimlər otağına girməsi məsələsinə aydınlıq gətirilib:

“16.12.2018-ci il tarixdə futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Keşlə” matçından sonra “Keşlə”nin futbolçusu Kamran Ağayevin hakimlər otağına daxil olaraq müəyyən hərəkətlərə yol verməsi barədə bəzi elektron kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumat yayılmışdır.

Bildirmək istəyirik ki, Kamran Ağayev hakimlərə qarşı hər hansı bir qeyri-adekvat hərəkətə yol verməmişdir, o, oyun zamanı sarı vərəqə ilə cəzalandırılmış komanda yoldaşı haqqında doğru qərar qəbul etməsini hakimlər heyətindən xahiş etməyə çalışmışdır. Bu hadisə “Keşlə”nin müşahidə şurasının sədri və AFFA icraiyyə komitəsinin üzvü Zaur Axundovun diqqətindən yayınmamış və o, Kamran Ağayevdən hakimlər otağını dərhal tərk etməsini tələb etmişdir. Klub rəhbərliyi belə davranışı heç bir halda məqbul saymır.

Nəzərinizə çatdırmaq istəyirik ki, klub rəhbərliyi xırda nöqsanlar istisna olmaqla, “Qarabağ” – “Keşlə” matçının hakimlər heyətinin idarəçiliyi ilə bağlı ciddi narazılığı yoxdur və istənilən etirazın əsasnamə qaydalarına uyğun ifadə edilməsinin tərəfdarıdır”.

Həmin kateqoriyadan