“Keşlə” qış planını açıqlayıb

“Keşlə”nin qış planı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, paytaxt klubunun təlim-məşqi 2 hissədən ibarət olacaq. İlkin mərhələdə komanda Bakı şəhərində hazırlaşacaq. yanvarın 5-dən başlayacaq toplanışə yanvarın 11-də yekunlaşacaq.

İkinci mərhələdə üçün komanda Türkiyənin Antalya mahalına yollanacaq. Ayln 13-dən start götürəcək ümumi hazırlıq yanvarın 26-da başa çatacaq. “Keşlə” Anadolu səfərində yanvarın 18-də, 20-də, 23-də və 25-də yoxlama matçları keçirməyi planlaşdırır. Rəqiblər barədə əlavə məlumat veriləcək.

Həmin kateqoriyadan