“Keşlə” serbiyalı yarımmüdafiəçi ilə vidalaşıb

“Keşlə”dən daha bir futbolçu ayrılıb. Allsport.az saytı xəbər verir ki, Avropa liqasında çıxış edəcək paytaxt klubu serbiyalı Nemanya Stoyanoviçlə vidalaşıb.
Qışda Vyana “Qarabağ”ından icarəyə götürülən yarımmüdafiəçi ilə yeni müqavilə imzalanmayıb.  O,  Avstriya klubuna geri qayıdıb.

Həmin kateqoriyadan