“Keşlə” Təbriz klubuna da yenilib

Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” sonuncu yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, Yuri Maksimovun komandası “Traktorsazi” ilə üz-üzə gəlib. Görüş Güney Azərbaycan klubunun 2:0 qələbəsilə bitib.

Təbriz klubunu vaxtilə “Xəzər Lənkəran”ın baş məşqçisi olmuş məşhur uelsli mütəxəssis Con Toşak çalışdırır. “Qırmızılar” buna qədər “Çelik”ə (Bosniya və Hersoqovina) 0:2, “Levadiya”ya (Estoniya) 2:3 uduzub.

Həmin kateqoriyadan