“Keşlə” Türkiyə toplanışını başa vuraraq Maltaya yola düşüb

“Keşlə” Türkiyədə təlim-məşq toplanışını başa vurub. Allsport.az saytı xəbər verir ki, Yuri Maksimovun komandası ötən gün ərzində yenə 2 dəfə məşq edib.

Bu gün heyət İstanbula istiqamət alaraq, oradan Maltaya yola düşəcək.

“Qırmızılar” Avropa liqasının 1-ci ələməsində Malta “Baltsan”ı ilə qarşılaşacaq. Oyun iyulun 12-də səfərdə keçiriləcək. .

Həmin kateqoriyadan