“Keşlə” və “Qəbələ” finalda!

Bu gün Azərbaycan kubokunun yarımfinalının cavab oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, ilk olaraq meydana “Sumqayıt” və “Keşlə” klubları çıxıb. Bakıda ilk görüşdə 1:0 hesabı ilə qalib gələn Yuri Maksimovun komandası səfərdə 1:1 heç-heçə edərək həlledici mərhələyə çıxıb.

“Qəbələ”də 1-ci oyunda 2:1 sevinən “Neftçi” bu uğuru evdə davam etdirə bilməyib. Halbuki cavab matçında da hesabı “ağ-qaralar” açmışdı. Sonradan əzmkarlıq göstərən “qara-qırmızılar” 3 top vuraraq finala adlayıblar.

Həmin kateqoriyadan