- Baxış sayı: 38
- 18 Mart 2024 23:13
- Baxış sayı: 72
- Mart 17, 2024
- 0
“Keşlə” heyətinə yeni futbolçu cəlb edib. Allsport.az saytı xəbər verir ki, Toqo əsilli fransalı futbolçu Conatan Eite ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.
33 yaşlı legionçunun son klubu Türkiyə “Samsunspor”u olub. O, “Yeni Malatyaspor” və “Alanyaspor”da da çıxış edib.
Fransada doğulan forvard bu ölkənin “Bordo”, “Brest” və “Nim” komandalarında oynayıb. O, Toqo yığmasında 24 matç keçirib və 6 qol vurub.