“Keşlə”nin baş məşqçisi Dmitri Xomçenovskini Azərbaycana gətirdir

“Keşlə”nin yeni baş məşqçisi Yuri Maksimov komandasına ukraynalı futbolçu cəlb etməyə hazırlaşır. Allsport.az saytı xəbər verir ki, o bu barədə ölkə mətbuatına açıqlamasında deyib. Ukraynalı mütəxəssis həmyerlisi ilə danışıq aparıldığını söyləyib:

“Dmitri Xomçenovski ilə 2 həftə əvvəl maraqlanmağa başlamışıq. Onunla bu məsələni bir daha müzakirə edəcəyik. Təklifimiz onu qane etsə, “Keşlə”nin futbolçusu ola bilər. Komandama başqa ukraynalı futbolçu da cəlb etmək niyyətindəyəm”.

27 yaşlı yarımmüdafiəçinin son iş yeri Polşanın “Yagelloniya” komandası olub.

Həmin kateqoriyadan