“Keşlə”nin tarixində yeni rekord

“Keşlə” premyer liqanın 1-ci dövrəsində səfərdə qol buraxmayan yeganə komanda olub. Allsport.az saytı xəbər verir ki, bütün qolları evdə buraxan paytaxt klubu 7-ci turun “Sumqayıt”la rəqib meydanındakı matçda (0:0) seriyasını 4-ə çatdırıb.

Tərlan Əhmədovun komandası mövsümün əvvəlki səfər matçlarında “Sabah” (1:0), “Qəbələ” (3:0) və “Neftçi”dən (0:0) də qol buraxmamışdı.

Həmin kateqoriyadan