“Kiçik ulaqlar” Ramil Şeydayevə elçi düşüb

Dünya çempionatının seçmə ələməsində Almaniya millisinə öz meydanında gözəl qol vuraraq dünya futbol ictimaiyətini özunə cəlb edən Ramil Şeydayevə artıq elçi düşənlər var. Allsport.az saytı xəbər verir ki, İtaliya “A Seriya”sında çıxış edən “Napoli” yığmamızım hücumçusunu öz sıralarında görmək istəyir.

“Qarabağ”da oynayan futbolçunu almaq üçün “kiçik ulaqlar” müqavilə ilə məxsus olduğu “Trabzonspor”la ayın sonunda danışıqlara başlayacaqlar. 1news.az-in məlumatına görə, İngiltərə premyer-liqasında mübarizə aparan “Vest Hem” də çempionlar liqasında meydana çıxan həmyerlimizi bəyənib.

Həmin kateqoriyadan