- Baxış sayı: 34
- 24 Aprel 2024 18:28
- Baxış sayı: 44
- Aprel 23, 2024
- 0
Rusiyanın Anapa şəhərində kikboksçuların dünya kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, bu yarışda mübarizə apraan millimiz uğur qazanıb: Çingiz Əhmədzadə, Anar Məmmədov (hər ikisi – 51 kq), Ramiz Məmmədov (57 kq) 1-ci, Alim Qasımov (67 kq), Tapdıq Yusifov (86 kq), Orxan Məlikov, Vüqar Cavadov (91 kq) 2-ci və Şikar Bədəlov (81 kq) 3-cü yer tutublar.
Qələbə barədə yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Ehram Məcidov “Facebook” səhifəsində məlumat verib. O bildirib ki, Çingiz Əhmədzadə qızıl medal alarkən, erməni idmançı utandığından fəxri kürsüyə qalxmayıb. “WAKO PRO” turnirində tələbəsi Ramiz Məmmədov çeçen idmancısı Buvaysar Pasxayevin üzərində qələbə qazanaraq, peşəkar döyüşdə hesabına 1 xal da əlavə edib.