“Kimyagərlər” bayraqdarla oyunun hazırlığına başlayıb

Ötən turda “Zirə” ilə qarşılaşmanın ardından 1 günlük istirahətə buraxılan “Sumqayıt” bu gündən məşqləri bərpa edib.

Allsport.az saytı xəbər verir ki, komanda baş məşqçi Samir Abbasovun rəhbərliyi ilə saat 11:00-da doğma arenada məşqə çıxıb. Bərpa keçən Elnur Abdullayev fərdi hazırlıqla kifayətlənib. 1.5 saat davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” qarşılaşması 17 fevral saat 18:30-da “Sumqayıt Arena”da keçiriləcək. Oyun “CBC Sport”da canlı yayımlanacaq.

Həmin kateqoriyadan