“Kimyagərlər” hazırlığa başlayıb

“Sumqayıt” yeni mövsüm üçün hazırlığa start verib. Allsport.az saytı xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi ilə ötən gün “Kapital bank arena”nın köməkçi meydançasında ilk məşqini keçirib.

Əvəzedici heyətin 5 üzvü də əsas komanda ilə birlikdə məşq edib. “Kimyaçılar” toplanışın ilk mərhələsində iyulun 5-də və 13-də yoxlama oyunu keçirəcək. Rəqiblərin kimliyi və oyunların saatı açıqlanmayıb.

Həmin kateqoriyadan