“Kimyagərlər” ilin ilk məşqinə çıxıb

“Sumqayıt” premyer liqanın 3-cü dövrəsinin hazırlığına başlayıb. 

Allsport.az saytı xəbər verir ki, bu gün komanda ilin ilk məşqinə çıxıb. “Dalğa arena”nın köməkçi meydançasında baş tutan məşq təxminən 1 saat davam edib.

Növbəti dövrəyə hazırlığın 1-ci mərhələsi yanvarın 11-dək davam edəcək. 2-günlük istirahətin ardınca “kimyaçılar” Türkiyənin Antalya şəhərinə yola düşəcək.

Həmin kateqoriyadan