“Kimyagərlər”in 50-ci qələbəsi

Premyer liqanın 11-ci turu “Sumqayıt”ın yubiley qələbəsi ilə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, “Keşlə”ni ev oyununda 3:1 hesabı ilə məğlub edən “Gənclik şəhəri” təmsilçisi yüksək dəstədə 50-ci qələbəsini qazanıb.

2011/12 mövsümündən Premyer Liqada çıxış edən sumqayıtlılar buna 207-ci matçda nail olublar. Bir sözlə, komanda keçirdiyi matçların 24 faizində qələbə qazanıb. Hesabında 55 heç-heçə də olan “Sumqayıt” 102 dəfə məğlub olub.

“Kapital Bank Arena”da keçirilən görüş həm də mövsümün rekordu ilə əlamətdar olub. 87-ci dəqiqədə meydana çıxan Rüfət Abdullazadə 2017/18 mövsümündə premyer liqada oynamış ən gənc futbolçu olub. O, 16 yaş 291 günlüyündə çempionatda debüt edib.

Həmin kateqoriyadan