Kiril Petrov: Ötənilki səhvləri buraxmaq istəmirik

“Rəqib güclüdür. 90 dəqiqə mübarizə aparmağa hazırıq. Ötənilki səhvləri buraxmaq istəmirik”. Allsport.az saytı xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Kiril Petrov deyib.

Avropa liqasının ilk ələməsində Moldovanın “Speranta” klubuna qarşı oyun barədə danışan müdafiəçi, rəqibi yaxşı təhlil etdiklərini deyib: “Baş məşqçi bizə onların zəif və güclü tərəflərini göstərib. Yaxşı nəticə əldə etməyə çalışacağıq”.

İyulun 11-də “Zimbru” stadionunda “Speranta” – “Neftçi” matçına saat 21:00-da start veriləcək.

Həmin kateqoriyadan