Kirilo Petrov: Məşqçilərin bizdən tələb etdiyini həyata keçirə bildik

“Neftçi” yoxlama oyununda Bosniya və Hersoqovinanın “Çəlik” klubuna 4:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, komandanın müdafiəçisi Kirilo Petrov görüşlə bağlı bunu deyib:

“Yaxşı oyun alındı. Məşqçinin bizdən tələb etdiyini həyata keçirə bildik. Çalışmalarda üzərində işlədiyimiz sxemi bu gün oyunda həyata keçirməyə çalışdıq.

Bir neçə dəfə istədiyimiz alındı və yaxşı qollar vurduq. Bütün komandanı təbrik edirəm. Hazırlığı davam etdirmək lazımdı”.

Həmin kateqoriyadan