Kişi həndbol yığmamız Maltaya yollanır

Kişi həndbolçulardan ibarət milli ciddi sınaq qarşısındadır. Allsport.az saytı xəbər verir ki, komandamızı 2022-ci ildə Macarıstan və Slovakiyada təşkil olunacaq Avropa çempionatının ilkin ələməsində mübarizə gözləyir. 

Sabah Azərbaycan seçməsi bu məqsədlə Maltaya yola düşəcək. “B” qrupunda yer alan əl topu ustalarımız kiprli (11 yanvar), gürcüstanlı (12 yanvar ) və maltalı (13 yanvar) həmkarları ilə qarşılaşacaq.

Görüşlər Kospikua şəhərinin idman arenasında keçiriləcək. Final mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaqlar.

Həmin kateqoriyadan