Kişi həndbolçularımız dünya çempionatında mübarizə aparacaq

U-24 kişi həndbolçulardan ibarət millimiz Tiflisdə inkişaf etməkdə olan ölkələrin dünya çempionatına qatılacaq. Allsport.az saytı xəbər verir ki, “A” qrupunda bizimkilərlə yanaşı, Çin, Böyük Britaniya, Kolumbiya, Kuba və Hindistan seçmələri yer alıblar.

“B” qrupunda Gürcüstan, Bolqarıstan, İrlandiya, ABŞ, Nigeriya və Malta milliləri qərarlaşıblar. 10 gün davam edəcək yarışda komandamız baş məşqci Rəşad Hüseynov və 2-ci məşqçi Habil Əliyevin rəhbərliyi ilə yollanıb.

Qaydaya əsasən, əsas yığmadan 3 nəfərin bu mübarizədə iştirak etməsinə icazə verilir. Belədə, heyətdə Sabir Nəzərəliyev, Kamran Məmmədov və Üzeyir Səlimov da yer alacaqlar. Azərbaycan millisi ilk görüşünü iyunun 8-də hindistanlı həmkarlarına qarşı keçirəcək.

Həmin kateqoriyadan