Kişi həndbolçularımız Ukrayna”Şaxtyor”una qalib gəlib

Ukraynada kişi həndbolçuların beynəlxalq turnir davam edir. Allsport.az saytı xəbər verir ki, yarışda “Şaxtyor”, “ZTR-Zaparoje”, “Xorta”, “Energetik”, ZAS-Zaparoje klubları ilə yanaşı, millimiz də iştirak edir.

Əl topu ustalarımız keçirdiyi ilk görüşü qələbə qazanıblar. Hikmət Abdullayevin komandası adı ilk çəkilən kollektivi 35:31 hesabı ilə üstələyib. Turnirə aprelin 16-da yekun vurulacaqdır.

Həmin kateqoriyadan