Kişi karateçilərimiz 3-cü oldu, Rafael Ağayev 13-cü Avropa çempionuğunu bayram etdi

Usta karateçilərimiz Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatını 3-cü yerdə başa vurublar. Allsport.az saytı xəbər verir ki, 2 qızıl və 1 bürünc medal qazanan millimiz mükafatlara sahib ola bilən 21 ölkə arasında yalnız yerli firənğlər və İspanyadan geri qalıblar.

4-qat dünya çempionu Rafael Ağayev (75 kq) 13-cü dəfə Avropa çempionu olmaqla şəxsi rekordunu yeniləyib. Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abiyeva və İrina Zaretskadan ibarət qadın seçmə komandamız Xorvatiya qalib gələrək, qitə birincisi olublar. Bu nəticə həm də karate tariximizdə bir neçə ilklərdən olub.

Daha bir rekorda gənclərdən ibarət seçmə komandanın üzvü Roman Heydərov imza atıb. 17 yaşlı Heydərov kata yarışlarında bürünc medal qazanmaqla Dünya Karate Federasiyasının (WKF) statistik göstəricilərinə ustalar arasında ilk azyaşlı mükafatçı kimi daxil olub.

51-ci Avropa çempionatında 46 ölkədən 437 karateçi mübarizə aparıb. Milli komandamızı oktyabrın axırında Avstriyada dünya çempionatı gözləyir.

Həmin kateqoriyadan