Kişi voleybol millimiz İsraildə növbəti yerli klubu məyus edib

İsraildə təlim-məşq toplanışında olan kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, İslam oyunlarına hazırlaşan yığmamız yerli “İlabur” klubu ilə qarşılaşıb.

Komandamızın üstünlüyü şəraitində keçən oyunda yığmamız 4:0 hesablı qələbə qazanıb. Millimiz ilk sınaq matçında “Yehuda”ya 4:1 hesabı ilə qalib gəlmişdi.

Həmin kateqoriyadan