Kişi voleybol yığmamızın heyəti bilinib

İslam oyunlarında mübarizə aparacaq kişi voleybolçulardan ibarət millimizin heyəti müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, heyətdə Vüqar Bayramov, Tural Həsənli, Cavid Süleymanov, Emil Abdullayev, Rəsul İbrahimov, Pərviz Səmədov, Dmitri Obodnikov, Bartlomiej Lipinski, Aleksey Çervyakov, İvan Kazaçkov, Dmitri Baranov, Yusuf Ərdəm, Milos Hebda və Kənan Allahverdiyev yer alıblar.

Yığmamız Bakı-2017-də “A” qrupunda Türkiyə, Türkmənistan və Pakistan komandaları ilə üz-üzə gələcək. Millimiz ilk oyununu mayın 11-də Pakistan kollektivinə qarşı keçirəcək.

Həmin kateqoriyadan