Şahmat olimpiadasında kişilərimiz erməniləri də yendi, yarış cədvəlində öncüllüyünü qorudu

Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadası davam edir. Allsport.az saytı xəbər verir ki, kişilərdən ibarət millimiz uğur zolağı ilə bizləri sevindirməkdədir. Bu gün qrossmeysterlərimiz 5-ci turda ermənilərlə qarşılaşıb. Prinsipal görüşdə yığmamız rəqibə 2,5:1:5 qalib gələrək, yarışda öncüllüyünü qoruyub.

Ermənistan – Azərbaycan 1,5:2,5
Levon Aronyan (2780) – Şəhriyar Məmmədyarov (2820) 0:1
Teymur Rəcəbov (2751) – Qabriel Sarqisyan (2691) 1:0
Qrant Melkumyan (2660) – Arkadi Naydiç (2721) 1:0
Rauf Məmmədov (2699) – Hayk Martirosyan (2597) 0,5:0,5

Həmin kateqoriyadan