Tərlan Əhmədov: KİV və digər yerlərdə “Neftçi” haqda gəzən şayiələr bizə heç bir təsir etməyib

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov ölkə çempionatının 27-ci turun “Səbail” klubu ilə oyun sonrası mətbuat konfransında iştirak edib. Allsport.az saytı xəbər verir ki, o, 3:1 qalib gəldikləri görüş barədə bunu deyib:

“Oyundan razı qalmasam da, nəticədən razıyam. 3-cü yer uğrunda mübarizəni davam etdiririk. Nəticələr göstərir ki, son zamanlar KİV və digər yerlərdə klubumuz haqda gəzən şayiələr komandaya heç bir təsir etməyib. Futbolçulara və uzun məsafə qət edib, bizə dəstək olan azarkeşlərə minnətdaram”.

Həmin kateqoriyadan