Kiyev “Dinamo”su “Qarabağ”dan güclü çıxıb

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” sonuncu yoxlama oyununu keçirib. Allsport.az saytı verir ki, Ağdam klubunun rəqibi Kiyev “Dinamo”su (Ukrayna) olub.

Görüş Qurban Qurbanovun komandasının 0:1 məğlubiyyəti ilə başa çatıb. “Köhlən atlılar” daha öncə Bolqarıstanın “Ludoqorets” (1:1), Avstriyanın “Vakker İnsbruk” (0:0) klubları və də Suriya millisi (0:1) ilə sınaq matçına çıxıb.

Həmin kateqoriyadan