Kiyev məhkəməsi cüdo millimizin keçmiş baş məşqçisini sərbəst buraxıb

Ukrayna paytaxtında qaldığı mənzildə həbs olunan cüdo millimizin keçmiş baş məşqçisi Peter Zayzenbaxer azadlığa buraxılıb. Allsport.az saytı xəbər verir ki, avstriyalı mütəxəssis yetkinlik yaşına çatmamış 2 qıza qarşı cinsi zorakılıqda ittiham olunur.
Onun doğma ölkəsinə ekstradisiyası davam etdiriləcək. Prosesin bu ay həyata keçiriləcəyi gözlənilir. Ünlü idmançının 1997 – 2004-cü illərdə cinayətə yol verdiyi ehtimal olunur. Həmin vaxt Zayzenbaxer tələbələrinin 14 yaşı olmayıb. Günahı sübuta yetirilsə, onu 10 ilədək həbs gözləyir.
Xatırladaq ki, 57 yaşlı xoca London-2012-yə Gürcüstanı, Rio-2016-ya Azərbaycan olimpiyaçılarını baş məşqçi olaraq çıxarıb. Cüdoçu karyerasında onun 2 olimpiya qızıl medalı var (Los Anceles-1984 və Seul-1988).

Həmin kateqoriyadan