«Klasskilər»imiz Arazın o tayında məşhur azərbaycanlı bahadırın xatirə turnirində

Yunan-Roma güləşçilərimiz Paris uğurundan sonra paytaxtda təlim-məşqlərini yenidən bərpa ediblər. Allsport.az saytı xəbər verir ki, millimizi fevralın 9-10-da daha bir sınaq gözləyir.

«Klasskilər»imiz Karvanşah şəhərində keçiriləcək İranın məşhur pəhləvanı Qulamrza Təxtinin xatirəsinə beynəlxalq turnirdə mübarizə aparacaqlar. Arazın o tayına əsas heyətin bir qrup üzvü və ikinci «nömrələr» yollanacaq.

Nəzərinizə çatdıraq ki, Qulamrza Təxtinin əsli Həmədan azərbaycanlılarındandır. O, Tehranda həmyerlilərinin məskunlaşdığı məhəllədə yaşayıb.

Həmin kateqoriyadan