Klublarımız çempionlar liqasında da videotəkrardan yararlana biləcək

UEFA bu mövsüm çempionlar liqasında videotəkrardan istifadə edəcək. Allsport.az saytının məlumatına görə, icraiyyə komitəsi VAR sistemini 1/8 final mərhələsindən tətbiq olunmasını təsdiqləyib.

Təşkilat onu da bəyan edib ki, avrokubiklarda iştirak edən klublar bunun üçün pul ödəməyəcəklər. Bütün xərclər UEFA-nın vəsaiti hesabına olacaq.

Qurum bu mövsüm Bakıda keçiriləcək Avropa liqasının final matçında da videotəkrar (VAR) sistemindən istifadə edəcək.

 

Həmin kateqoriyadan