«Kobra» ABŞ ermənisi ilə döyüşə hazırlaşır

Azərbaycanlı kikboksçu Pərviz Abdullayev yeni görüşə hazırlaşır. Bu barədə allsport.az saytına idmançının özü deyib.

Titullu rinq ustasının sözünə görə, o, martın 30-da Rumıniyada erməni döyüşçüsü Şon Yaqubyanla qarşılaşacaq. Rəqib idmançı K-1 üzrə ABŞ çempionudur.

Pərviz Abdullayev bu mübarizəyə səylə hazırlaşır. Paytaxtda «Kobra» adlı şəxsi zalında məşq edən kikboksçu, üzv olduğu «Qəbələ» İdman Klubu ilə də müntəzəm əlaqədədir.

Həmin kateqoriyadan