«Kobra» mərakeş kikboksçusunu 40 saniyəyə sancdı

Pərviz Abdullayev fevralda ermənilərin «Draqu»suna qarşı döyüşəcək

Bu günlərdə Minskdə peşəkar kikbokçuların «Glory Ranked Fights» seriyasında növbəti şousu keçirilib. Allsport.az saytı xəbər verir ki, idman gecəsində həmyerlimiz Pərviz Abdullayev də mübarizə aparıb. O, 72,5 kq-da çıxış edən rinq ustaların dünya kəməri uğrunda döyüşündə mərakeşli Rəşid Belani ilə qarşılaşıb. Rəqib afrikalı olsada, Niderlandda yaşayır və orada məşq edir. Rəşid güclü kikboksçulardan sayılsa da, həiyerlimiz onu elə ilk raunda nokaut edib. 40-cı saniyədə sağ yumruğu ilə opponentinin çənəsinə dəqiq zərbə endirən Pərviz, görüşü vaxtından əvvlə bitirib.

Bu gün bu döyüşlə bağlı paytaxtın «Qafqaz Point» mehmanxanasında mətbuat konfransı keçirildi. Tədbirdə çıxış edən «Qəbələ»nin döyüş növləri üzrə əlaqələndiricisi Səbuhi Qarayev, təmsil etdiyi klubunun uşaq idmanına xüsusi önəm verdiyini dedi: ««Qəbələ» İdman Klubunda bir çox bölmələr fəaliyyət göstərir. Bu yaxınlarda bizdə sərbəst güləş növü açıldı. Məqsədimiz, uşaq-yeniyetmələrimizi sağlam ruhda tərbiyələndirməkdir».

Qalib kikboksçumuzun şəxsi məşqçisi Mehman Umudov rəqibin şəninə tərif dedi. Qeyd etdi ki, mərakeşli tez təslim olmasına baxmayaraq, «Glory Ranked Fights»də sanballı idmançılardan sayılır.

Pərviz Abdullayev, öz növbəsində, sözü gedən qələbəyə şərhində bildirdi ki, həmişə olduğu kimi, bu döyüşə də yaxşı hazırlaşıb: «2 ay öncə əsas məşqlərə başladım. Taktiki-texniki cəhətdən heç bir çatışmamazlığım yox idi. Rəqib haqqında yaxşı bilgim vardı. Düzgün üslub seçib, həlledici məqamda mərakeş idmançısını nokauta göndərdim.

Gələn il reytinq xarakterli növbəti döyüşlərim olacaq. Fevralda «Draqu» ləqəbli erməni kikboksçusu Qoqa Arutyunyanla qarşılaşacağam. O, K1-də tanınmış rinq ustalarındandır. Promouterlər bu görüşün maraqlı, gərgin və diqqət çəkən olduğunu nəzərə alıb, belə bir təkbətək mübarizəni təşkil ediblər. İnşallah, həmin döyüşdə də xalqımı sevindirərəm».

10833680_10152867565308518_1819907978_n 10834188_10152867573408518_1949549056_n

Həmin kateqoriyadan