“Köhlən atlılar”ın milli komandalara dəvət alan 7 oyunçusu geri dönüb

“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir.

Allsport.az saytı xəbər verir ki, Bosniya və Hersoqovina millisində olan İbrahim Şehiç və yığma komandamıza dəvət alan 6 futbolçu – Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Rahid Əmirquliyev, Qara Qarayev və Əfran İsmayılov dünəndən etibarən hazırlığa qoşulub.

“Ay-ulduzlular”ımızda yer alan daha bir futbolçumuz – Riçard Almeyda isə yaxın günlərdə vətəni Braziliyadan Avstriyaya gələrək toplanışda iştirak edəcək.

Həmin kateqoriyadan