Köhnə hind müdafiəsi Şəhriyar Məmmədyarova rus şahmatçı üzərində qələbə qazandırıb

Berlinin “Külhaus” sərgi mərkəzində şahmat tacı uğrunda iddiaçıların yarışında 2-ci dövrənin 13-cü turunun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, son dünya çempionu norveçli Maqnus Karlsenə (2843) rəqib olmaq üçün bu nüfuzlu mücadilədə Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov (2809) ağlarla Aleksandr Qrişşukla (2767) qarşılaşıb.

Ötən tur çinli Dinq Lirenə uduzmaqla qələbə uğrunda durumunu çətinə salan “Şah” bu partiyada itkini aradan qaldırıb. Köhnə hind müdafiəsi həmyerlimizə qələbə gətirib. Rusuyalı rəqib Vəzir sonluğunda yenilib və 39-cu gedişdə təslim olub. Mükafat fondu 420 min avro olan turnirin digər matçlarında bu nəticə qeydə alınıb:

Fabiano Karuana (2784, ABŞ) – Levon Aronyan (2794, Ermənistan) 1:0
Uesli Co (2799, ABŞ) – Sergey Karyakin (2763, Rusiya) 0,5:0,5
Dinq Liren (2769, Çin) – Vladimir Kramniklə (2800) 0,5:0,5

1.Fabiano Karuana – 8 xal; 2-3. Şəhriyar Məmmədyarov, Sergey Karyakin – 7,5; 4-5. Aleksandr Qrişşuk, Dinq Liren – 6,5; 6-7.  Vladimir Kramnik, Uesli Co – 5,5; 8. Levon Aronyan – 4. 

Həmin kateqoriyadan