Komanda yoldaşı azərbaycanlı futbolçuya 4000 lirə bağışladı

Ailə problemlərinə görə Türkiyənin “Giresunspor” klubundan ayrılan qazaxıstanlı yarımmüdafiəçi Anton Çiçulin maraqlı adıım atıb. Allsport.az xəbər verir ki, qazax futbolçu “Orduspor” üzərində qazandıqları qələbəyə görə nəzərdə tutulan 4000 lirəlik mükafatdan imtina edib.

O, həmin mükafatın uzun müddətdir meydana çıxmayan azərbaycanlı futbolçu Ayaz Mehdiyevə verilməsini istəyib. Qeyd edək ki, həmyerlimiz xeyli müddətdir zədədən əziyyət çəkir.

Klubun baş məşqçisi Erkan Sözeri isə bildirib ki, Anton Çiçulin bu addımı ilə insanlığını göstərib: “Təəssüf ki, çox dəyərli bir futbolçu bizdən ayrıldı”.

Həmin kateqoriyadan